- Yekun məbləğ $0.00
Siz “Golden Glow”-dan təbii və keyfiyyətli daş-qaşlarla bəzədilmiş gümüşdən hazırlanmış məmulatların sahibi oldunuz. Bu bəzək əşyaları səliqəli yanaşma və diqqət tələb edir. Belə gözəlliyi korlanmadan qorumaq üçün düzgün qulluq etmə qaydalarını bilmək faydalı olardı. Əgər aşağıdakı qaydalara əməl etsəniz, bəzək əşyalarınızı uzun müddət parlaq və gözəl saxlaya bilərsiniz:
* Onları orijinal qutuda və ya yumşaq kisəcikdə saxlayın.
* Orijinal səth və parıltılı görünüş üçün tez-tez yumşaq, quru parça ilə cilalayın. Gümüş əşyaları dükanlarımızdan əldə edilməsi mümkün olan xüsusi məhlulla təmizləyin.
* Əllərinizi yuduğunuz zaman, vanna qəbul edərkən, üzgüçülükdə, eləcə də ətiriyyat məhsullarından, kosmetik vasitələrdən, saç üçün laklardan, sabun, losyon və s.-dən istifadə zamanı bəzək əşyalarını üzərinizdən çıxarın. Bu metal örtüyünün zədələnməsinə, rəng dəyişməsinə və parıltısının itməsinə gətirib çıxara bilər.
* Paltarlarınızı dəyişmədən əvvəl mütləq bəzək əşyasını çıxarın.
* Məmulatın üzərində cızıq, qopuq və digər korlanmaya gətirib çıxaran bərk predmetlərə zərbədən qorumaq lazımdır.
Düzgün qulluq etmə və saxlama qaydalarına əməl etsəniz Sizin bəzək əşyalarınız öz gözəlliyini saxlamaqla Sizə uzun müddət xidmət edər.
Əlavə məlumat üçün “Golden Glow” dükanlarına müraciət edin. Həmçinin www.goldenglow.az saytına və https://www.instagram.com/golden.glow_jew səhifəmizə daxil ola bilərsiniz.
Zəmanət şərtləri
1. Məhsullara satış tarixindən etibarən 3 ay müddətinə zəmanət verilir. Qüsur aşkar edilərsə, həmin çatışmazlıq “Golden Glow” tərəfindən aradan qaldırılır.
2. Məhsul yenisi ilə əvəz olunmur.
Məhsul zəmanət xidmətinə aşağıdakı hallarda qəbul edilmir:
• mexaniki və digər zədələnmələr olduqda, eləcə də yüksəkdən düşərsə;
• yüksək temperatur və kimyəvi təsirlərin nəticəsində;
• səlahiyyəti olmayan şəxs tərəfindən təmir edildikdə.